Andrey Vorontseviç SSKA-dan gedir

26 İyun, 11:53 Sosial mediada paylaşın:
14 il SSKA-nın heyətində oynayan Andrey Vorontseviç komandanı tərk edəcək.
Moskva klubunun rəhbərliyi 2006-cı ildən komandanın şərəfini qoruyan basketbolçu ilə müqaviləni yeniləmək fikrində deyil. SSKA-nın tarixində ən əhəmiyyətli oyunçulardan olan Vorontseviç bu müddət ərzində VTB Liqasında 10, Rusiya çempionatında 13, Avroliqada isə 3 dəfə qalib gəlib.
“Transfer pəncərəsi” açılandan sonra rusiyalı basketbolçu azad agent statusu əldə edəcək. Onun hansı klublarla danışıqlar apardığı haqda heç bir məlumat verilmir.

CANLI YAYIM