MBA-da yeni koronavirus dalğası...

26 İyun, 11:44 Sosial mediada paylaşın:
MBA-da koronavirusun ikinci dalğası yaşanır.
Mövsümün iyulun 30-da bərpa ediləcəyi barədə elandan sonra hər gün bir neçə basketbolçunun virusa yoluxduğu haqda xəbərlər yayılır. Onlardan biri də “Mayami”nin forvardı Derrik Consdur. Qeyd edək ki, Cons bu il dank yarışının qalibi olmuşdu.
Son günlər yoluxanlara gəlincə, “Denver”dən Nikola Yokiçi, “İndiana”dan Malkolm Broqdonu,habelə “Finiks”dən 4, “Sakramento”dan 2 basketbolçunu qeyd etmək olar. MBA rəhbərliyi isə, yoluxanların sayının çoxalmasına baxmayaraq çempionatı ləğv etmək fikrində deyil.

CANLI YAYIM