Vins Karter karyerasını bitirdi

26 İyun, 11:37 Sosial mediada paylaşın:
Vins Karter karyerasını bitirdiyini açıqlayıb.
Əslində 43 yaşlı basketbolçu çıxışlarını mövsümün sonunda başa vuracağını bildirmişdi. “Atlanta Houks”un müdafiəçisinin qərarına pandemiyanın müəyyən təsir göstərəcəyi ehtimal olunurdu. Amma Vins mövsümün bərpasını gözləməyərək elan edib ki, bir daha meydana çıxmayacaq.
Xatırladaq ki, Karter karyerası ərzində MBA-da keçirdiyi 1561 görüşdə hər oyuna orta hesabla 16,7 xal, 4,3 ribaund və 3,1 məhsuldar ötürmə ilə yadda qalıb. “Toronto”, “Nyu Cersi”, “Orlando”, “Finiks”, “Dallas”, “Memfis”, “Sakramento” və “Atlanta” klublarının şərəfini qoruyan Vins 8 dəfə “All Star” oyununa dəvət alıb.

CANLI YAYIM