“Fənərbağça”nın büdcəsi azaldılıb

25 İyun, 13:00 Sosial mediada paylaşın:
Növbəti mövsüm “Fənərbağça”nın basketbol şöbəsinin büdcəsi 20 milyon avro olacaq.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Elə Jelko Obradoviç də məhz maliyyə ixtisarını nəzərə alaraq klubla müqaviləni yeniləməyib. Maraqlıdır ki, ötən mövsüm  “Fənərbağça”  təkcə oyunçularına 22  milyon avro məvacib ödəyib. Son illər  35 milyon avro büdcə ilə mübarizə aparan İstanbul klubu növəbti mövsüm məvaciblərə 13 milyon avro ayırmaq fikrindədir.
Deyilənə görə, Kostas Slukas, Luici Datome, Derrik Vilyams və Nikola Kaliniç “Fənərbağça”dan gedəcək. Hətta Yan Veselı ilə Nando De Kolonun da taleyi sual altındadır.  

CANLI YAYIM