MXL-də Komanda məşqlərinə icazə verilib

24 İyun, 15:15 Sosial mediada paylaşın:
     MXL oyunçuları komanda şəklində məşqlərə başlayıb. İyunun 8-dən xokkeyçilər 6 nəfərdən ibarət qruplarla məşq keçirdilərsə, artıq 12 xokkeyçi bir yerdə məşq edə bilir. Buna baxmayaraq, ayın 10-da təlim-məşq toplanışına qatılan oyunçular müəyyən problemlərlə üzləşib.
    Belə ki, həmin gün MXL-in 11 oyunçusunda koronavirus aşkar edilib. 
    Xatırladaq ki, digər liqalarda olduğu kimi MXL-də də mövsüm pandemiyaya görə yarımçıq dayandırılmışdı. Mövsümün bərpasından sonra isə Stenli Kubokunda 24 komanda çıxış edəcək. Müntəzəm çempionatdakı nəticələrə əsasən“Ottava Senators”, “Detroyt Red Vinqs”, “Baffalo Seybrz”, “Nyu Cersi Devils”, “Los Anceles Kinqs”, “San Xose Şarks” və “Anahaym Daks” titul uğrunda mübarizə apara bilməyəcək.

CANLI YAYIM