MBA-da bəzi qadın basketbolçular oynamaq istəmir

24 İyun, 14:05 Sosial mediada paylaşın:
   MBA-da olduğu kimi qadınlar arasında da ABŞ-ın ən nüfuzlu basketbol liqasında meydana çıxmaq istəməyən oyunçular var. Fərq ondadır ki, kişilərin yarışında mövsümün cüzi bir hissəsi davam etdiriləcəksə, qadınlar çempionata yeni başlayacaqlar. Bəs meydana çıxmaqdan imtina edən basketbolçular kimdir.
   2019-cu ildə “Vaşinqton Mistiks”in heyətində qadınlar arasında MBA çempionu olan Nataşa Klaud və Latoyya Sanders bu mövsüm meydana çıxmayacaq. Səbəb Amerikada koronavirusun sürətlə yayılması və son günlər ölkədə iğtişaşlar yaradan irqçilik problemidir. Məsələ ondadır ki, kişilərin liqasında olduğu kimi qadınların çempionatında çıxış edənlərin də oynayıb-oynamayacağına qərar vermək hüququ var. Qadınların yarışı iyulun 24-də Florida ştatının Bradenton şəhərində keçiriləcək.
    “Vaşinqton Mistiks”in oyunçusu Nataşa Klaud ESPN telekanalına açıqlamasında irqçiliklə bağlı problemə görə meydana çıxmayacağını söyləyib. Amma Latoya Sanders bununla bağlı ictimaiyyətə heç bir açıqlama verməyib.      Onu da qeyd edək ki, belə bir qərar qəbul edənlər təkcə son çempionun üzvləri deyil. “Atlanta”nın oyunçusu Rene Monqomeri və “Las Veqas”da çıxış edən Encel Maakkotri də ABŞ-dakı iğtişaşlara etiraz məqsədilə oynamaqdan imtina edib. “Konnektikut San”ın basketbolçusu Conkel Cons koronavirusdan ehtiyat etdiyinə görə meydana çıxmaq istəmir.
   “Vaşinqton”la çempion olan Yelena Delle Donne isə hələ heç bir qərar qəbul etməyib.

CANLI YAYIM