Cokoviç koronavirusa yoluxdu

23 İyun, 17:45 Sosial mediada paylaşın:
Mövsümün bərpası ərəfəsində tennis ictimaiyyəti xoş olmayan bir vəziyyətlə üzləşib.
Belə ki, şou xarakterli Zadar turnirinin sonlarında turnirin iştirakçıIarının koronavirusa yoluxduğu məlum olub. Yarışın təşkilatçısı, dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin testi müsbət nəticə verib. Onun həyat yoldaşının da xəstələndiyi bildirilib. Serbiyalı raketka ustasına qədər Qriqor Dimitrov və Borna Çoriçin virusa yoluxduğu müəyyən edilmişdi. Onlarla birgə testdən keçən Andrey Rublyov və Aleksandr Zverevdə isə yoluxucu infeksiya aşkarlanmamışdı.

CANLI YAYIM