Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında

23 İyun, 14:57 Sosial mediada paylaşın:
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi eyni klubun baş məşqçisi vəzifəsində ən uzun müddət çalışan mütəxəssislərin siyahısını hazırlayıb. 
Siyahı 79 ölkənin 110 liqasının 1646 məşqçisinin göstəricilərinə əsasən müəyyən edilib. Siyahıda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da yer alıb. 4354 gündür bu vəzifədə çalışan 48 yaşlı baş məşqçi 6-cı pillədə qərarlaşıb. 
Qeyd edək ki, Fransanın 2-ci liqa təmsilçisi, “Şambri”nin baş məşqçisi Bruno Luzi 6910 günlə ən uzunmüddətli baş məşqçilər arasında liderdir. Şimali İrlandiyanın "Kruzdaers" klubunun baş məşqçisi Stefen Baksterdi ikinci, Norveçin "Myondalen" klubundan Veqard Hensenlə Latviyanın "Metta" klubunun baş məşqçisi Andris Riherts 3-4-cü pillələri bölüşdürürlər. 

CANLI YAYIM