"Nyu-York" hələ də məşqçi axtarışındadır

23 İyun, 11:27 Sosial mediada paylaşın:
“Leykers”də köməkçi məşqçi vəzifəsində çalışan Ceyson Kidd “Nyu-York Niks”in baş məşqçisi təyin oluna bilər.
ABŞ mətbuatının məlumatına görə, klub rəhbərliyinin siyahısında olan 8-10 namizəd arasında Kiddin də adı var. Hazırda Frenk Foqelin köməkçisi kimi fəaliyyət göstərən Kidd buna qədər “Bruklin” və “Miluoki” komandalarını çalışdırmışdı. Xatırladaq ki, o, MBA tarixində ən çox assist edən oyunçular sırasında Con Stoktondan sonra ikinci pillədə qərarlaşıb. Əlavə edək ki, bir neçə gün əvvəl Birləşmiş Ştatların mətbuatı “Nyu-York Niks”in baş məşqçi postuna namizədlər arasında Mayk Braunun olduğunu da yazmışdı.

CANLI YAYIM