"Vaşinqton"un forvardı yarışdan imtina edən ilk basketbolçudur

23 İyun, 10:19 Sosial mediada paylaşın:
“Vaşinqton Vizards”ın forvardı Davis Bertans mövsümün bərpasından sonra meydana çıxmayacaq.
O, çempionatda çıxış etməməklə bağlı müstəqil qərar verən ilk basketbolçu kimi diqqət mərkəzinə düşüb. Xatırladaq ki, MBA rəhbərliyi oyunçulara bu baxımdan seçim etmək imkanı yaradıb. Elə latviyalı basketbolçunun bu qərarından sonra klubu da ona dəstək verib. Bir məqamı da qeyd edək ki, Bertans həm də zədədən əziyyət çəkirdi. O, komanda ilə birgə Orlandoda məşqlərə qatılsa da, qərara alıb ki, çempionatda oynamasın

CANLI YAYIM