Bəzi MBA üzvləri mövsümün bərpasından əvvəl klub dəyişə bilər

22 İyun, 11:07 Sosial mediada paylaşın:
Iyulun 30-da bərpa ediləcək MBA mövsümün startına hazırlıq gedir. Artıq liqa rəhbərliyi müəyyən qaydalar tərtib edərək problemləri yoluna qoymağa çalışır...
MBA-da mövsümün bərpasından sonra bəzi oyunçular sərbəst şəkildə komandasını dəyişə bilər. Əslində, hazırda “transfer pəncərəsi” açıq olmadığına görə komandaların oyunçularla müqavilə imzalamaq hüququ yoxdur. Amma bəzi basketbolçulara görə müəyyən istisnalar edilib. Belə ki, bu mövsümün gedişində istər MBA, istərsəd də G liqasında meydana çıxmayan oyunçular sərbəst şəkildə iş yerini dəyişmək huququna malikdir. Bu həmçinin Amerikadan kənarda oynayan basketbolçulara da aiddir. ABŞ-ın nüfuzlu “Nyu-York Tayms” nəşrinin məlumatəna görə liqada yetərincə ad çıxaran Camal Krouford, Cey Ar Smit, Nik Yanq və DeMarkus Kazins kimi basketbolçular bu hüquqdan istifadə edə biləcək. Amma vaxtı ilə “Detroyt”, “Boston”, “Filadelfiya”, “Miluoki” və “Toronto” kimi komandalarda çıxış edən Qreq Monro belə bir imkan əldə edə bilməyəcək. Belə ki, o bu mövsüm Avroliqada “Bavariya”nın heyətində meydana çıxıb.
Yeri gəlmişkən, son günlər Florirda ştatında koronavirusa yoluxanların sayının sürətlə artması liqanın rəhbəri Adam Silveri narahat etməyə başlayıb. Məsələ ondadır ki, mövsümün bərpasından sonra liqanın qalan oyunları bu ştartın Orlando şəhərində keçiriləcək. Hazırkı vəziyyətdə isə Floridada 94 min koronavirus xəstəsi var. Nəzərə alaq ki, MBA-da çıxış edən bəzi basketbolçular da virusa yoluxmaq təhlükəsinə görə meydana çıxmaq istəmir.

CANLI YAYIM