Aleksey İsayev "Sumqayıt"da qala bilər

22 İyun, 10:55 Sosial mediada paylaşın:
“Sumqayıt”ın aparıcı üzvü Aleksey İsayevin klubdan ayrılmaq istəməsi ilə bağlı xəbər vermişdik.
Ancaq futbolçu fikrini dəyişə bilər. Belə ki, ölkə çempionatında qalan 8 turun keçirilməməsi ilə bağlı qərardan sonra “Sumqayıt”ın avrokuboklara vəsiqə qazanması Aleksey İsayevin fikrini dəyişməsinə səbəb olub. Böyük ehtimalla o, növbəti mövsümdə də “gənclik şəhəri” təmsilçisinin şərəfini qoruya bilər. Yaxın günlərdə futbolçunun dəqiq qərar verəcəyi gözlənilir.

CANLI YAYIM