Florensiya Qran-pri təşkil etməyə hazırdır

20 İyun, 11:39 Sosial mediada paylaşın:
Bu mövsüm Fomula 1 Qran-prilərindən biri Florensiyada keçirilə bilər.
Bu barədə adıçəkilən şəhərin meri Dario Nardella məlumat verib. Xatırladaq ki, İtaliya mövsümün bərpasından sonra iki Qran-pri təşkil etməyə hazır olduğunu bildirmişdi. Bunlardan biri ənənəvi Montsa Qran-prisi olacaqdısa, digəri ilə bağlı San Marinodakı İmola və Florensiyadakı Muccello arasında seçim ediləcəkdi. Görünür, italyanlar yarışı daha çox Florensiyada keçirməyə cəhd göstərirlər. Ölkə mətbuatına açıqlamasında şəhərin meri Formula 1 rəhbərliyi ilə anlaşmağa yaxın olduqlarını bildirib. O,koronavirusla mübarizədə böyük itkilər verən İtaliyanın iki Qran-pri keçirməklə tarixi bir qəhrəmanlıq edəcəyini söyləyib.
 

CANLI YAYIM