Virtual Qran-priləri 30 milyon insan izləyib

20 İyun, 11:18 Sosial mediada paylaşın:
Formula 1 pandemiya dövründə təşkil edilən virtual Qran-prilərin statistikasını dərc edib.
İndiki mövsümdə çempionatın bir mərhələsi Florensiyada keçirilə bilər. Formula 1 pandemiya dövründə təşkil edilən virtual Qran-prilərin statistikasını dərc edib. Ümumilikdə, yarışları 30 milyondan çox avtoidman həvəskarı izləyib. Mövsüm ərzində 8 Qran-pri təşkil edilib. Formula 1-in rəsmi saytının məlumatına görə, azarkeşlərin 22 milyona qədəri yarışları “YouTube”, “Twich” və “Facebook” səhifəsində, 5 milyonu isə televizorda izləyib. 2,7 milyon nəfər isə Qran-prinin gedişi ilə Şarl Lekler, Lando Norris, Aleks Albon və Corc Rassellin şəxsi portalları vasitəsi ilə tanış olub. Xatırladaq ki,virtual yarışlar arasında Bakı Qran-prisi də vardı. Yarışlarda həmçinin məşhur futbolçular da iştirak edirdi.    

CANLI YAYIM