Yardımlı İdman Kompleksinin açılışı olub

19 İyun, 11:06 Sosial mediada paylaşın:
Respulikamızın bölgələrində də müasir idman qurğuları inşa olunaraq idmansevərlərin ixtiyarına verilir. Yardımlı rayonunda açılışı olan idman kompleksi də bu qəbildəndir. Burada müxtəlif idman növləri üzrə yarışların və təlim –məşq toplanışların keçirlməsi üçün hər bir şərait yaradılıb.
Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan Yardımlı İdman Kompleksi Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilib. Açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, rayon rəhbərliyi iştirak edib. 4 blokdan ibarət kompleksin əsas korpusunda 560 tamaşaçı tutumuna malik universal idman, eləcə də güləş, boks və trenajor zalları, VIP tribuna, soyunma-geyinmə, duş, hakim və məşqçi otaqları, nəzarət, texniki və xidməti kabinetlər var. Burada, həmçinin kafe-restoran, mətbəx, 21 nömrədən ibarət 43 yerlik mehmanxana da fəaliyyət göstərir. Kompleksə ayrıca qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri çəkilib, generator quraşdırılıb. Ərazidə geniş yaşıllıqlar salınıb. Piyada yolları və asfalt-beton yollar çəkilib, binalar müasir idman avadanlıqla təchiz edilib. Kompleksdə müasir havalandırma, yanğın siqnalizasiya, hidrant sistemləri, internet və televiziya şəbəkəsi, müşahidə kameraları və digər zəruri qurğular quraşdırılıb. Fiziki imkanları məhdud tamaşaçıların və idmançıların kompleksdən istifadə etmələri üçün zəruri şərait yaradılıb.  

CANLI YAYIM