İtaliya 2 yarış təşkil etməyə hazırdır

18 İyun, 10:45 Sosial mediada paylaşın:
İtaliya Avtomobil Klubunun prezidenti Ancelo Stikki Damiani Montsada Formula 1 Qran-prisinin təşkili ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, həftə sonuna qədər İtaliyanın bu yarışı keçirib-keçirməyəcəyi müəyyənləşəcək. O, hazırda kağız üzərində hətta 2 yarış təşkil etməyə qadir olduqlarını söyləyib. Damianinin sözlərinə görə, onlar iki variantdan istifadə edə bilər: ya yarış iki dəfə Montsada keçirilsin, ya da onlardan biri burada, digəri isə İmola yaxud Mucelloda təşkil edilsin.

CANLI YAYIM