Bill Qeyts Avstriya Qran-prisinin açılışında iştirak edəcək

9 İyun, 11:19 Sosial mediada paylaşın:
Formula 1 mövsümündə ilk Qran-prinin Avstriyada iyulun 5-də başlanacağını xəbər vermişdik.Avtoidman həvəskarlarının maraqla gözlədiyi yarışın açılışına görkəmli ictimai xadimlər də dəvət olunacaq.
“Maykrosoft” şirkətinin yaradıcısı, xeyriyyəçiliyi ilə tanınan amerikalı milyarder Bill Qeyts Avstriya Qran-prisinin açılışında iştirak edəcək. Bu barədə Avropa mətbuatı məlumat yayıb.Qran-prinin azarkeşsiz keçirilməsi planlaşdırılsa da, təşkilatçılar tədbirin dəbdəbəli olmasına çalışıır. Deyilənə görə, Bill Qeytsi mərasimə “Red Bull”un sahibi, məşhur avstriyalı milyarder Ditrix Mateşits dəvət edib. Lakin Avstriya komandasının məsləhətçisi Helmut Marko bu barədə mətbuata məlumat verməkdən imtina edib: “Bu haqda danışmaq mənim vəzifə səlahiyyətlərimə aid deyil. Mən sadəcə Formula 1-də mövsümün açılışının Şpilberqdə yüksək səviyyədə keçirilməsinə səy göstərirəm. Digər məsələlərlə isə “Proyekt Şpilberq” və “Red Bull” şirkəti məşğul olur”.
Xatırladaq ki, Avstriyada Formula 1-in ilk yarışı iyulun 5-də olacaq. 1 həftə sonra isə pilotlar yenə də “Red Bull” dairəsində ikinci Qran-Pridə dəfə starta çıxacaqlar.

CANLI YAYIM