Xokkey üzrə Rusiya millisinə yeni baş məşqçi təyin olunub

6 İyun, 11:41 Sosial mediada paylaşın:
Xokkey üzrə Rusiya millisinə yeni baş məşqçi təyin olunub. Uzun müddət ölkənin gənclərdən ibarət seçməsinə rəhbərlik edən Valeri Braqin bundan sonra əsas komandanın uğurları üçün çalışacaq.
Valeri Braqin xokkey üzrə Rusiya millisinin baş məşqçisi təyin olunub. Bu barədə ölkənin xokkey federasiyasının rəsmi saytı məlumat yayıb. Təcrübəli mütəxəssis ötən il milli komandaya baş məşqçi təyin olunan Aleksey Kudaşovu əvəzləyib. Avroturun son yarışlarında Rusiya millisinin axırıncı pillədə qalması federasiya rəsmiləri arasında narazılığa səbəb olduğundan baş məşqçi dəyişikliyi zərurətə çevrilib.Xatırladaq ki, Braqin 2010-cu ildən müəyyən fasilələrlə Rusiyanın gənclərdən ibarət seçməsinə rəhbərlik edirdi.O vaxt komanda dünya çempionatlarında 2011-ci ildə qızıl, sonrakı mövsümdə isə gümüş medallara yiyələnmişdi. 2014-cü ildən bəri Braginin qayıdışından sonra rusiyalı gənc xokkeyçilər müvafiq turnirlərdə 3 gümüş və 2 bürünc medal qazanmaqla diqqət mərkəzinə düşmüşdü. Braqin Rusiya millisi ilə yanaşı, SKA komandasına da başçılıq edəcək. O, mətbuata açıqlamasında eyni vaxtda iki vəzifənin öhdəsindən gələ biləcəyinə ümid etdiyini və çətinliklərdən qorxmadığını söyləyib.
Yeri gəlmişkən, Braqinin milliyə təyinatından sonra ölkənin gənclərdən ibarət seçməsi ikiqat olimpiya çempionu İqor Larionova həvalə olunub.Məşhur xokkeyçi bundan əvvəl komandada Braqinin köməkçisi kimi çalışırdı.  

CANLI YAYIM