Adam Silver MBA-nın bərpasından danışıb

6 İyun, 11:37 Sosial mediada paylaşın:
MBA-da yeni mövsümün iyulun 31-də bərpa ediləcəyini xəbər vermişdik. Orlando şəhərində 22 komandanın mübarizəsində 16 komanda pley-offa yüksələcək. Bəs yarışın gedişində hansısa oyunçuda virus aşkarlansa, çempionatın taleyi nə olacaq?
MBA-da yeni mövsümün iyulun 31-də davam etdirilməsilə bağlı qərarın qəbul olunması, basketbol həvəskarlarını sevindirib. ABŞ mətbuatının məlumatına görə, klublar arasında sorğuda yalnız “Portlend” rəhbərliyi mövsümün bərpasının əleyhinə çıxıb. Lakin liqanın komissarı Adam Silver indiki məqamda ən doğru qərarı qəbul etdiklərini bildirib: “Mövsümü bərpa etməkdən başqa yolumuz yox idi. Pandemiya bizə böyük problem yaratsa da, biz çempionatı təhlükəsiz şəraitdə keçirəcəyimizə ümid edirik. İndiki məqamda tibb mütəxəssisləri və səhiyyə işçiləri sıx əməkdaşlıq edirik.Çempionat bərpa olunandan sonra hansısa oyunçuda koronavirus aşkarlansa, onun komandasını yarışdançıxarmayacağıq. Əvvəla, ümid edirəm ki, belə bir hal baş vernəyəcək. Bu qeydə alınsa belə, yalnız həmin oyunçu çempionatdan kənar ediləcək. Bir nəfərə görə mövsümü yenidən dayandırmaq düzgün olmaz”.
Əlavə edək ki, MBA klublarının farm komandaları arasında pandemiyaya görə yarımçıq qalan G liqa bərpa edilməyəcək. Bununla yanaşı, yeni mövsüm üçün draft mərasiminin oktyabrın 15-də keçiriləcəyi təsdiqlənib.

CANLI YAYIM