Timo Verner "Çelsi"yə keçməyə yaxındır

5 İyun, 11:35 Sosial mediada paylaşın:
Beynəlxalq mediada ən diqqət çəkən xəbər “Çelsi”nin Timo Verner uğrunda mübarizədə “Liverpul”u qabaqlamasıdır.
London klubu  almaniyalı hücümçuya ilinə 10 milyon avro olmaqla 5 illik müqavilə təklif edib. Bu keçiddən “Leypsiq” 55 milyon avro qazanc əldə edəcək. Qeyd edək ki, “Liverpul” da eyni təkliflə Almaniya klubuna müraciət etsə də, mersisaydlıların transfer məbləğini aşağı salmağa çalışması bundesliqa klubunun fikrini dəyişib.
“Çelsi”nin baş məşqçisi Frenk Lempardın israrla istədiyi hücümçu bu mövsüm bundesliqada 29 oyuna 25 qol və 7 məhsuldar ötürmə ilə diqqət çəkib.

CANLI YAYIM