Kurt Zuma "Çelsi"ni "Tottenhem"ə dəyişə bilər

5 İyun, 11:27 Sosial mediada paylaşın:
“Çelsi”nin müdafiəçisi Kurt Zuma karyerasıını Londonun dəgər klubunda davam etdirməyə yaxındır. “Tottenhem”in baş məşqçisi Joze Mourinyo vaxtilə rəhbərliyi altında çıxış etmiş müdafiəçini yenidən sərəncamında görmək istəyir. Qeyd edək ki, Kurt Zuma bu mövsüm premyerliqada 22 oyunda meydana çıxıb.
Müqavilə ilə Çelsiyə məxsus olan və icarə əsasında “Atalanta”da çıxış edən Mario Paşaliç Berqamo klubu ilə müqavilə bağlayıb. 25 yaşlı xorvatiyalı futbolçu müqavilənin şərtlərinə görə 15 milyon avroya “Atalanta”nın tam hüquqlu üzvü olub. Onunla 5 illik müqavilə bağladığı haqda xəbərlər yayılıb. Paşaliç bu mövsüm A seriyasında 23 oyuna 5 qol və 5 məhsuldar ötürmə ilə diqqət çəkib.

CANLI YAYIM