Raul "Şalke"nin baş məşqçisi təyin oluna bilər

5 İyun, 11:22 Sosial mediada paylaşın:
Raul karyerasını yenidən “Şalke”də davam etdirə bilər. Amma bu dəfə baş məşqçi kimi.
Hazırda “Real”ın əvəzedici komandası “Kastilya”da baş məşqçi olan Raulla Helzenkirhen klubu yaxından maraqlınır. Mövsümün bərpasından sonra komandanın keçirdiyi 4 oyunun hamısını uduzması David Vaqnerin istefası ilə nəticələnə bilər.
Xatırladaq ki, Raul 2010-2012-ci illərdə “Şalke”nin şərəfini qoruyub.

CANLI YAYIM