"Real" hazırlığı davam etdirir

5 İyun, 11:13 Sosial mediada paylaşın:
La Liqa komandaları mövsümün bərpasına hazırlığı sürətlə davam etdirir. Artıq təlim-məşq toplanışları son mərhələdədir.
“Barselona” ilə birlikdə  La Liqada çempionluq mübarizəsi aparan “Real” futbolçuları yarışa səylə hazırlaşırlar.  Eden Azarın da komanda ilə birlikdə fəal məşq etməsi diqqətdən qaçmayıb. Klubun gənc futbolçularından Braim Dias isə media nümayəndələrinin suallarını cavablandırıb. O, komandanın çempionluq mübarizəsinə tam hazır olduğunu bildirib: “La Liqanın bərpasını səbirsizliklə gözləyirik. Çempionata yaxşı  hazırlaşırıq. Qarşıda bizi 11 final oyunu gözləyir. Hər bir qarşılaşma həll edicixarakter daşıyır. Xüsusilə ilk oyundan çox şey asılıdır. Məqsədimiz qalan görüşlərdə istdiyimiz nəticələri qazanaraq azarkeşlərimiz sevindirməkdir. Bünün üçün var qüvvəmizi ortaya qoyacıq”
Qeyd edək ki, 27 turdan sonra “Real” 56 xal toplayıb və lider “Barselona”dan 2 xal geri qalır. Komandanın 21 yaşlı futbolçusu Braim Dias isə bu mövsüm cəmi 3 oyunda çıxış edib.  

CANLI YAYIM