Platellas "Neftçi"dən gedir

5 İyun, 11:08 Sosial mediada paylaşın:
Vangelis Platellas "Neftçi"dən getməyə hazırlaşır. Hazırda klubun düşərgəsində olan və qarşıdakı 8 turda meydançaya çıxacaq yunanıstanlı yarımmqdafiəçi başa çatmış müqaviləsinin müddətini uzatmayacaq və mövsüm bitən kimi vətəninə qayıdacaq.
"Zirə" klubu isə daha bir futbolçusu ilə müqaviləni uzadıb. Söhbət Bəxtiyar Həsənalızadədən gedir. Bir müddət əvvəl əvəzedici komandaya göndərilən müdafiəçi əsas komandaya qaytarılaraq onunla yeni müqavilə imzalanıb. Qeyd edək ki, Zaur Həşimov baş məşqçi postuna gələndən sonra futbolçunun transferə çıxarılmasını tələb etmiş və özünə klub tapana kimi, onu əvəzedici komandaya göndərmişdi.
“Sumqayıt”a gəlincə, klub aparıcı futbolçularını heyətdə saxlamaq istəyir. Bu mövsüm Avrokuboklara vəsiqə qazanmağı hədəfləyən “gənclik şəhəri” təmsilçisi həmin oyunçularla danışıqları davam etdirir. Söhbət müqavilələri başa çatacaq Əmir Ağayev, Peyman Babayi, Cəmaləddin Xocaniyazov və Aleksey İsayevdən gedir. Bu futbolçulara digər komandalardan sərfəli təkliflər olsa da, “Sumqayıt” rəhbərliyi komandanın Avrokuboklara vəsiqə qazanacağı təqdirdə həmin futbolçuların komandada qalmasına çalışacaq. Ancaq müqavilə şərtləri sərfəli olmasa adıçəkilən və eləcə də digər bir neçə futbolçunun komandadan gedəcəyi istisna deyil.

CANLI YAYIM