Soçidə 2 Qran-pri təşkil edilə bilər

5 İyun, 10:53 Sosial mediada paylaşın:
Formula 1-in Avropadakı Qran-prilərinin təqvimi müəyyənləşsə də, bəzi yarışların taleyi hələ də sual altındadır. Bunun da səbəbləri təşkilatçı ölkələrdəki karantin rejimi ilə əlaqədardır. Onların arasında  Rusiya da var.
Formula 1 rəhbərliyi Asiya və Amerika qitələrindəki Qran-prilərdən əvvəl  Avropada daha bir neçə mərhələni  təşkil etməyə maraq göstərir. İndiki məqamda, yarışların Avstriya, Macarıstan, Böyük Britaniya, İspaniya, Belçika və İtaliyada keçiriləcəyi planlaşdırılır. Siyahıya Azərbaycanla Rusiya da əlavə edilə bilər. Sadəcə, ölkəmizdəki karantin rejimi ilə əlaqədar konkret qərar qəbul olunmayıb. Oxşar vəziyyət Rusiyada da qalmaqdadır.  Amma Almaniya mətbuatının məlumatına görə, rusiyalılar  Soçidə iki qran-pri keçirməkdə maraqlıdır. Hazırda bu ölkədə koronavirusa gündəlik yoluxanıarın sayı minimum 8 min nəfər olsa  da, sentyabrda vəziyyətin qaydasına düşəcəyinə inam böyükdür. Həm də ki, Soçidəki şərait yarışı yüksək səviyyədə keçirməyə imkan verir.  Məhz buna görə rusiyalılar həmin şəhərdə ardıcıl iki yarış təşkil etmək fikrindədir.
Əlavə edək ki, Almaniya mətbuatı Sinqapur və Yaponiya Qran-prilərinin ləğv olunac biləcəyinə də eyham  vurub. Səbəb kimi  göstərilir ki, təşkilatçılar  yarışı azarkeşsiz keçirmək istəmirlər. Elə Vyetnam Qran-prisinin taleyi də sual altındadır. Belə ki, Formula 1 rəhbərliyi payızda hava şəraitinə görə Hanoyda yarış keçirmək niyyətində deyil.  

CANLI YAYIM