"Neftçi" daha iki futbolçusu ilə razılıq əldə etdi

4 İyun, 10:57 Sosial mediada paylaşın:
“Neftçi” klubunda komandadan gedəcəyi gözlənilən daha iki əcnəbi futbolçunun taleyinə aydınlıq gəlib.
Bu barədə Bakı klubunun idman direktoru Ceyhun Sultanov məlumat verib. O bildirib ki, son vaxtlar komandadan ayrılacağı ilə bağlı söz-söhbətlər yayılan hücumçular Dario Frederiko və Stiven Jozef-Monroz müqaviləsinə sadiq qalacaq. Klub rəsmisi adıçəkilən oyunçuların növbəti mövsümü də “ağ-qaralar”ın heyətində keçirəcəyini vurğulayıb.

CANLI YAYIM