"Trabzonspor"un cəzalanması oyunçuların gedişinə səbəb ola bilər

4 İyun, 10:49 Sosial mediada paylaşın:
Türkiyənin “Trabzonspor” klubunu cəzalandırıb. Komanda maliyyə öhdəliklərini dəqiq yerinə yetirmədiyi üçün 1 il müddətinə Avrokubok yarışlarından çıxarılıb.Xəbəri UEFA-nın rəsmi saytı bəyan edib.
“Trabzonspor”  2021-2022-ci illərdə Avrokuboklara vəsiqə əldə edə bilməyəcək. Bununla bağlı Türkiyə mətbuatında yayılan xəbərlər gündəm mövzusu olub. Cəzanın əsas səbəbi kimi bildirilir ki, “Trabzonspor” hələ 2016-cı ildə maliyyə feyr-pley qaydalarını pozub. Qitənin futbol qurumu 2019-cu il oktyabr ayınadək komandaya lazımi tələbləri yerinə yetirməsi üçün vaxt  verib. Lakin öhdəliyə əməl etməyən “Trabzonspor” UEFA-nın sərt sanksiyasına məruz qalıb. Qeyd edək ki, “qara dənizlilər” bundan əvvəl klubun 2020-ci il üçün maliyyə çıxarışlarında büdcəyə 24 milyon avro qənaət etdiyini  bildirmişdilər.
 Sözsüz ki, cəza tədbiri  komandanın gəlirlərinə pis  təsir edəcək. Amma nəzərə almaq lazımdır ki, heyətin bir neçə üzvünün taleyi Avrokuboklardan asılı idi. Məsələ bundadır ki, müqavilə müddəti mövsümün sonunda yekunlaşan futbolçular “Trabzonspor”un Avrokuboklara vəsiqə əldə edəcəyi  təqdirdə klubda qalacaqlarını bildirmişdilər. Belə çıxır ki, onlar artıq komandadan getməli olacaqlar. Xatırladaq ki, “Trabzonspor” hazırda Türkiyə Superliqasında  26 turdan sonra 53 xalla liderdir.
 
 

CANLI YAYIM