Volf Fettelin "Mersedes" perspektivindən danışıb

4 İyun, 10:29 Sosial mediada paylaşın:
Sebastyan Fettel özü açıqlama verməyənə qədər onun karyerasının gələcəyi haqqında rəy söyləmək mümkün olmayacaq. Heç Formula 1 komandalarının rəhbərləri də konkret qərara gələ bilməyəcək. Bir müddət əvvəl “Mersedes”in icraçı direktoru Toto Volfun almaniyalı pilotu öz heyətlərində görmək istəməsi ilə bağlı məlumat yayılsa da, deyəsən vəziyyət dəyişmək üzrədir...
“Mersedes”in icarçı direktoru Toto Volf mövsümün sonunda “Ferrari”dən getməyə hazırlaşan  Sebastyan Fettellə razılığa gələcəklərini istisna etməyib.  Amma o, ehtiyat variant kimi  Corc Rassellə də göz qoyduqlarını da söyləyib: “Təbii ki, Fettel kimi 4 qat dünya çempionuna “yox” demək mümkün deyil. Hər şeyi fikirləşmək lazımdır. Amma digər tərəfdən biz hər  iki sürücümüzdən və ehtiyatda saxladığımız Corc Rasselldən razıyıq.  Sadəcə, indiki məqamda heç nəyi istisna etmək olmaz. Sabah pilotlardan biri çıxıb “mən yarışmaq istəmirəm” deyə bilər. Belə  olduqda  komandada yerlərdən biri avtomatik boşalacaq.  Ona görə də mən indi deyə bilmərəm ki, Sebastyanın bizim komandada çıxış etmək imkanı yoxdur.  Belə açıqlama verməklə, Fettel kimi pilota  kobudluq etmiş olarıq. Bəzən hamının başına gözlənilməz hadisələr gələ bilər. Yəqin ki, Niko Rosberqin komandamızı qəfil tərk etməsini unutmamısınız. Ona görə də biz digər variantları da nəzərdən keçiririk. Amma ilk növbədə biz öz pilotlarımız haqda fikirləşirik”...
Xatırladaq ki, bir müddət əvvəl Avropa mətbuatı  “Mersedes” rəhbərliyindən Fetteli komandaya cəlb etməsinə dair “Daymler” şirkətinin tələbi ilə bağlı xəbərlər yaymışdı. Deyilənə görə, məhz Toto Volfla Lüis Hemilton “Ferrari” pilotunun bu komandaya keçməsinin əleyhinədir. Görünür,   Volff artıq yumuşalıb, indi Hemiltonun növbəsidir...

CANLI YAYIM