"Türk hava yolları" Avroliqa ilə əməkdaşlığı davam etdirəcək

4 İyun, 10:21 Sosial mediada paylaşın:
“Türk Hava Yolları” Avroliqa ilə əməkdaşlığı dayandırmadığını açıqlayıb.
Bundan əvvəl  Türkiyə və Rusiya mətbuatında aviaşirkətin Avropanın bir nömrəli basketbol turnirinə maliyyə yardımı ayırmayacağı ilə bağlı xəbərlər yayılsa da,  məlumat öz təsdiqini tapmayıb. Məsələ ilə bağlı  “Türk Hava Yolları”nın nümayəndəsi Yahya Üstün mətbuata açıqlamasında bildirib ki, aviaşirkət 10 ildən artıq davam edən əməkdaşlığı dayandırmaq fikrində deyil. O, hətta yaxın günlərdə daha yaxşı xəbərlərlə basketbol həvəskarlarını sevindirəcəklərini söyləyib.

CANLI YAYIM