MBA-da mövsümün bərpası ilə bağlı qərar qəbul ediləcək

4 İyun, 10:14 Sosial mediada paylaşın:
Bu gün MBA-də mövsümün bərpası ilə bağlı qərar qəbul oluna bilər.
ABŞ-ın nüfuzlu ESPN telekompaniyasının məlumatına görə, liqanın rəhbəri Adam Silver MBA-nın İdarəetmə Şurasının üzvləri ilə görüş keçirəcək. Plana əsasən, pley-offa vəsiqə qazanmaq üçün mini turnir təşkil olunacaq. Ümumilikdə isə bu bu yarışda 22 komandanın iştirak edəcəyi gözlənilir. MBA rəhbərliyi belə etməklə müntəzəm çempionatı ləğv edib oyunların sayını azaltmaq istəyir.
Əlavə edək ki, mövsüm bərpa edilsə, oyunların Orlando şəhərində keçiriləcəyi planlaşdırılır. Çempionatın iyulun 31-də davam etdiriləcəyi nəzərdə tutulub.

CANLI YAYIM