"Barselona"da 5 futbolçunun koronavirusa yoluxduğu məlum olub

3 İyun, 17:05 Sosial mediada paylaşın:
 İspaniya mediasında “Barselona”nın 5 futbolçusu və klubun 1 üzvünün virus testlərinin müsbət çıxdığına dair xəbərlər yayılıb. Adları açıqlanmayan bu şəxslərin hazırda sağaldığı bildirilir. Amma nə klub, nə də La liqanın tibb təşkilatı bu xəbəri təsdiq edib.
Yeri gəlmişkən Kataloniya klubunun qapıçısı Mark-Andre Ter Ştegen bu yay klubu tərk etməyəcəyini açıqlayıb. Müqavilə ilə “Barselona”ya məxsus olan Jan Kler Todibo isə “Şalke”də qalmayacaq. Helzerkirhen klubu müdafiəçinin transfer hüququnu ödəmək üçün 25 milyon avro ödəmək iqtidarında olmadıqlarını açıqlayıb.
Bundan başqa “Barsa”nın Braziliyanın “San Paulo” klubunun üzvü Qustavo Mayyanın da trasnfer hüququna sahib çıxıb.

CANLI YAYIM