Formula 1 rəhbərliyi gigiyenik qaydalar tərtib edib

3 İyun, 10:23 Sosial mediada paylaşın:
Formula 1-də bu mövsüm Avropada keçiriləsi yarışların yeni təqvimi ilə bağlı xəbər vermişdik. Çempionatın rəhbərliyi yarışlarda təhlükəsizliyi tam təmin etmək məqsədilə komandalar arasında gigiyena qaydalarına əməl olunmasını tələb edib. Bu qaydalar nədən ibarətdir?
Formula 1 2020-ci ildə yarışları təhlükəsiz şəraitdə keçirmək məqsədi ilə komandalar üçün  yeni qaydalar tərtib  edib. Belə ki, iyulun 5-də Avstriyada başlanası, daha sonra  Macarıstan, Böyük Britaniya, İspaniya, Belçika və  İtaliyada keçiriləsi  yarışlardan əvvəl komandalar müəyyən prosedurlardan keçməlidir.Qaydaya əsasən,  Qran-prinin keçirildiyi ölkəyə gəlmək istəyən komandaların hər bir əməkdaşı səfərə çıxmazdan əvvəl  koronavirus testindən keçməli və onun mənfi nəticəsi ilə bağlı arayışı təqdim etməlidir. Bununla belə, özəl tibbi şirkətlər də yarışın  keçirildiyi məkanda  komandaların üzvlərini bir daha yoxlamalıdır.  
İlk yarışlar isə azarkeşsiz keçirilməlidir. Formula 1 rəhbərliyi yalnız pandemiya ilə bağlı vəziyyət sabitləşəndən sonra azarkeşlərin avtodromlara buraxılacağına ümid etdiklərini bildirib. Bu müddət ərzində komandaların texniki heyətinin üzvləri də məhdud sayda Qran-prilərə buraxılacaq.Bütün bu qaydalar   FİA-nın  əməkdaşlarına da aiddir. Onlar da  Qran-pri keçirilən ölkələrə getmək üçün test nəticələrini təqdim etməlidirlər. Bundan başqa, yarış vaxtı komandalrın  ünsiyyəti qadağan olunacaq.Məsələn, “Mersedes”in  əməkdaşı Qran-pri zamanı “Ferrari”nin işsçisi ilə görüşə bilməz.
Yarış başa çatandan sonra mükafatlandırma mərasimi və mətbuat konfransı ilə bağlı qaydalarda da dəyişikliklər gözlənilir.

CANLI YAYIM