Emin Mahmudov daha 3 il "Neftçi"də çıxış edəcək

2 İyun, 12:09 Sosial mediada paylaşın:
“Neftçi” kapitanı Emin Mahmudovla müqavilənin müddətini artırıb.
Yeni anlaşmaya görə, 28 yaşlı yarımmüdafiəçi daha 3 il "ağ-qara” formanı geyinəcək. Mahmudov bu mövsüm meydana çıxdığı 26 oyunda 6 qol vurub. "Neftçi" bundan əvvəl Anton Krivotsyukun müqaviləsini uzatmışdı. Buna rəğmən, Donald Gerye artıq paytaxt klubunu tərk edib. Elə Baqali Dabo da yol üstdədir...

CANLI YAYIM