"Neftçi" braziliyalı futbolçu transfer edir

2 İyun, 11:59 Sosial mediada paylaşın:
Neftçi" klubu heyətinə yeni futbolçu cəl etməyə hazlırlaşır.
Braziliya mətbuatının yazdığına görə B Seriyasında çıxış edən "Quarani" klubunun futbolçusu Tallisonu Bakı klıubuna keçməyə yaxındır. "Globo Esporte" nəşri xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalayacaq. Braziliyalı futbolçu komandadan ayrılan haitili cinah müdafiəçisi Donald Geryeni əvəzləyəcək.
Qeyd edək ki, Tallison Auqusto Tavares Dias Braziliyada "Flamenqo", "Seara", "Vitoriya" kimi klublarda çıxış edib.   

CANLI YAYIM