"Baniyas" Almeydanın maaşını azaltmaq istəyir

1 İyun, 11:17 Sosial mediada paylaşın:
BƏƏ-nin "Baniyas" klubu Azərbaycan millisinin braziliyalı futbolçusu Riçard Almeydanın maaşını azaltmaq istəyir.
BƏƏ təmsilçisi bu ilin yanvarında heyətə qatdığı yarımmüdafiəçiyə əməkhaqqının azaldılması şərti ilə yeni 1 illik müqavilə təklif edib. Müqaviləsinin müddəti iyunda bitəcək Almeyda yeni şəertlərə görə məvacibinin 40 faiz azalmasına razılaşmalıdı. Əks halda o, klubu tərk etməli olacaq.
Bir müddət əvvəl “Baniyas”da baş məşqçi işləyən almaniyalı mütəxəssis Vinfred Şaferin istefaya göndərilməsindən sonra Almeydanın transferə çıxarılacağı ilə bağlı xəbərlər yayılmışdı.

CANLI YAYIM