"Reno" Alonso ilə danışıqlar apardığını təsdiqləyib

1 İyun, 10:19 Sosial mediada paylaşın:
Daniel Rikkardonun “Maklaren”ə keçidindən sonra “Reno”da onun yerini kimin tutacağı ilə bağlı müxtəlif söz-söhbət ara vermir. Hətta Fernando Alonsonun yenidən sabiq komandasına qayıdacağı ilə əlaqədar məlumatlar yayılıb. Artıq “Reno”nun rəhbəri Siril Abitebul ispaniyalı pilotla danışıqlar apardıqlarını təsdiqləyib.
Fernando Alonso yenidən Formula 1-ə qayıdacağı gözlənilir. Avropa mətbuatının məlumatına görə, 2 qat dünya çempionu növbəti mövsümdən sabiq komandası “Reno”ya qayıtmağa yaxındır. Fransanı təmsil edən komandanın rəhbəri Siril Abitebul Fernando ilə danışıqlar apardıqlarını təsdiqləyib: “Biz bir neçə variant haqda fikirləşirik. Müxtəlif pilotlarla danışıqlar aparırıq.Onlardan biri də Fernano Alonsodur. İndi bizə fikirləşməyə vaxt lazımdır. Çox vacib qərar qəbul etməliyik. Biz “Maklaren” və “Ferrari”nin yolu ilə getmək istəmirik. İndiki mövsümə başlamadan növbəti il üçün pilotun adını açıqlamaq çox qəribə olardı. Komanda quruculuğunda pilot seçimi sonuncu mərhələdə həyata keçirilməlidir”.
Bu xəbər yayılandan sonra “Ferrari”nin sabiq rəhbəri Marko Andrea Zekki “Reno”nun Alonso ilə maraqlanmasını tənqid edib. O deyib ki, işçilərini maliyyə böhranına görə ixtisara salan komanda karyerasını bitirən pilotu geri qaytarmaqla böyük riskə yoı verir.

CANLI YAYIM