MBA-da draft sentyabrın 25-nə nəzərdə tutulur

1 İyun, 10:15 Sosial mediada paylaşın:
MBA-da yarışların bərpasına dair müxtəlif variantlar səsləndiyi məqamda, liqa rəhbərliyi artıq qarşıdakl mövsümlə bağlı planlar cızır. Artıq növbəti draft mərasiminin keçiriləcəyi tarixlə əlaqədar mülahizələr də yürüdülür.
MBA-da yeni mövsüm üçün draft sentyabrın 25-nə nəzərdə tutulur. Bu barədə ABŞ-ın nüfuzlu “Sport İllustrated” nəşri məlumat yayıb. Qeyd edək ki, pandemiyadan əvvəl liqa rəhbərliyi mərasimi plana əsasən iyunun 25-də təşkil etmək istəyirdi. Daha sonra isə tədbirin yay aylarında onlayn qaydada keçiriləcəyi ilə bağlı xəbərlər yayıldı. Amma indiki məqamda mövsümü yekunlaşdırandan sonra draftı adi qaydada təşkil etməyi qərara alıblar. Bu isə yalnız sentyabrın sonunda mümkündür.
Mövsümün bərpasına gəlincə, ABŞ mətbuatı yarışların iyulun 31-də davam etdiriləcəyini yazır. Hətta bəzi mənbələr pley-offun fərqli formatda keçiriləcəyini istisna etmir. Hətta ayrı-ayrı konfranslar üzrə turnirlərin ləğv edilib ümumi pley-off yarışının təşkil olunacağını iddia edənlər də var. MBA tarixinin əfsanəvi oyunçularından olan Cerri Vest isə bunun çox gözəl ideya olduğunu söyləyib. Onun fikrincə, belə olacağı halda azarkeşlər liqanın finalında “Leykers” – “Klippers” mübarizəsinin şahidi ola bilər.

CANLI YAYIM