SSKA-nın kapitanı "Milan"a üz tutdu

30 May, 11:31 Sosial mediada paylaşın:
Avroliqada çempionat birdəfəlik dayandırıldığından komandalar artıq növbəti mövsümün planlarını cızır. Bununla yanaşı, bəzi basketbolçular cəlbedici təkliflər müqabilində gözlənilməz addımları ilə də yadda qalır. Belə qəribə keçidlərdən biri də dünən reallaşıb.
SSKA-nın kapitanı Kayl Hayns Moskva klubunu tərk etməyi qərara alıb. 33 yaşlı basketbolçu növbəti mövsümdən karyerasını “Milan”da davam etdirəcək. İtaliya mətbuatının yazdığına görə, Lombardiya klubunun prezidenti və baş məşqçisi Ettore Messina amerikalı oyunçunun İtaliyaya yollanmasında daha böyük rol oynayıb.Kayl Haynsın yeni klubla 2 illik müqavilə imzalayacağı gözlənilir. Məsələ ondadır ki, “Milan” Avroliqanın digər komandalarından fərqli olaraq növbəti mövsüm üçün büdcəsini artıq təsdiqləyib. İddiasını artırmaq istəyən Ettore Messinanın komandası səs-küylü transferlər həyata keçirməyi planlaşdırır.
Xatırladaq ki, Kayl Hayns 2013-cü ildən SSKA-nın şərəfini qoruyur.Bu müddət ərzində o, Moskva klubu ilə Avroliqada 3, VTB Liqasında isə 6 dəfə qalib gəlib. Onun gedişini Andrey Vatutin də təsdiqləyib. SSKA-nın prezudenti amerikalı basketbolçunun keçidinə mane ola bilmədiklərini etiraf edib. O, Haynsa qarşıdakı karyerasında uğurlar arzulayıb.  

CANLI YAYIM