"Real" millimizin sabiq üzvü ilə müqaviləsini yeniləyib

29 May, 10:17 Sosial mediada paylaşın:
“Real” Azərbaycan millisinin sabiq müdafiəçisi Ceysi Kerroll ilə müqaviləni yeniləyib.
Bu mövsüm 37 yaşlı basketbolçu Avroliqada hər oyuna orta hesabla 7,5 xalla yadda qalıb. Xatırladaq ki, Kerroll karyerasını bitirməyə hazırlaşırdı, amma mövsümün yarımçıq dayandırılması basketbolçunu qərarını dəyişməyə vadar edib. Kerroll son 9 ildir “Real”da çıxış edir, 2013-cü ildə o, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin də şərəfini qoruyub.

CANLI YAYIM