Tennisçilər "US Open"i azarkeşsiz təsəvvür etmir

28 May, 11:28 Sosial mediada paylaşın:
Tennis üzrə “Böyük Dəbilqə”turnirlərindən “Rolan Qarros”təxirə salınıb, “Vimbldon” ləğv edilib, amma “US Open”in taleyinə indiyədək aydınlıq gəlməyib. Hələ ki, yarışın təşkilatçıları qərar verməyə tələsmir. Amma son məlumatlara görə turnirin azarkeşsiz keçirilmə ehtimalı var.
Amerika Tennis Assosasiyasının nümayəndə heyətinin üzvü Lyu Şerr “US Open”in azarkeşsiz keçirilmə ehtimalından danışıb. Onun fikrincə, yarış“bağlı qapılar” arxasında keçirilsəbilet satılmayacağına görə külli miqdarda pul itkisi ilə üzləşəcəklər. Xatırladaq ki, ötən il bu turniri tribunalarda 737 min tennis həvəskarı izləmişdi. Ümumiyyətlə, indiki məqamda “US Open”in hansı şəhərdə təşkil olunacağı da məlum deyil. Artıq yarışın Nyu-Yorkda baş tutmayacağı barədə xəbərlər dolaşır. Belə ki, təşkilatçılar onu virusdan daha az əziyyət çəkən bölgələrin birində keçirmək istəyir. Bunun da səbəbi turniri azarkeşlərin iştirkı ilə keçirmək istəyilə izah olunur.
Məsələ ilə bağlı tennisçilərin rəyləri də maraq doğurur. Xorvatiyalı Marin Çiliç “US Open”i azarkeşsiz təsəvvür edə bilmədiyini söyləyib: “Tennis oyununu azarkeşsiz göz önündə canlandıra bilmirəm. Məsələn, kimsə Birləşmiş Ştatların açıq çempionatında boş tribunalar arasında qalib gəlsə, onun qələbəsini həmişə kinayə ilə xatırlayacaqlar. Belə bir turniri təşkil etməyin mənası da yoxdur. Bu variant gündəmdə varsa, onu reallaşdırmağa dəyməz”.
“Böyük Dəbilqə” turnirlərində dəfələrlə qalib gələn Rocer Federer də eyni fikirdədir: “Boş tribunalar qarşısında necə tennis oynamaq olar, axı? Ümid edirəm ki, bu olmayacaq. Doğrudur, biz azarkeşsiz kortda məşq ediriksə, boş tribunalar arasında da oynaya bilərik.Hər halda ümid edirəm ki, korta qayıdanda tribunalarda tennis həvəskarlarını görəcəyik”.

CANLI YAYIM