Qadınlardan ibarət mllimizin oyunlarının vaxtı məlum olub

28 May, 11:21 Sosial mediada paylaşın:
Qadınlardan ibarət A milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində aprelin 9-da keçirilməli olan Polşa – Azərbaycan oyunu koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı.
UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, həmin qarşılaşmanın oktyabrın 23-də, həmçinin iyunun 5-də keçirilməli olan Çexiya – Azərbaycan görüşünün oktyabrın 27-də keçirilməsinə qərar verilib. Oyunların stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.

CANLI YAYIM