Fyuri haqda filmin çəkilişinə hazırlıq görülür

28 May, 11:15 Sosial mediada paylaşın:
Məşhur idmançılar haqda Hollivud filmlərinin çəkilməsi adi bir hala çevrilib. Bu baxımdan boksçulara müəyyən dərəcədə üstünlük verilir. WBC versiyası üzrə ən ağır çəkidə dünya çempionu Tayson Fyuri də ekran əsərlərindən birinin qəhrəmanı olacaq.
WBC versiyası üzrə ən ağır çəkidə dünya çempionu Tayson Fyurihaqqında filmin çəkilişinə hazırlıq görülür. Bu barədə amerikalı boksçunun özü məlumat verib. Hazırda çəkiliş planı üzərində işləyən Fyuri öz obrazını Hollivudun məşhur aktyoru Denzel Vaşinqtonun canlandırmasını istəyir.O, deyib: ““Tayson Fyurinin həyat tarixçəsi” adlı filmin çəkilişinə dair Hollivud rejissorları ilə müzakirələr aparıram. Onlar məndən öz obrazımı hansı aktyorun canlandırmasını soruşurlar. Mənim bu suala cavabım konkretdir: Fyuri obrazını Denzel Vaşinqton canlandırmalıdır. Mən həmişə bu xəyalla yaşamış və hər dəfə bu məsələdən söz düşəndə Denzelin adını çəkmişəm. Həmişə də buna görə mənə gülüblər. Ümumiyyətlə, Vaşinqton istənilən obrazın öhdəsindən gələ bilər. Onun mənim səs tonumda danışa biləcəyinə inanıram”.
Fyuri qarşıdakı döyüş planları haqqında da ictimaiyyətə məlumat verib. O, indiki məqamda iddiasız boksçularla görüşmək istəmədiyini bildirib: “Mən ən ağır çəkidə ciddi rəqibləri yolumdan təmizləməliyəm. Bundan sonra yenidən Vaylderlə qarşılaşmalı, daha sonra isə Entoni Coşua və Dillian Vaytla üz-üzə gəlməliyəm. Onların hamısını məğlub edəcəyəm. Bununla yanaşı, Luis Ortis, Aleksandr Usik və Derek Çisora kimi rinq ustaları olduğu halda Nqannu, Mioçiç və Lesnar kimi boksçularla qarşılaşmaq mənimçün maraqlı deyil”.

CANLI YAYIM