"Lion"un prezidenti etirazını davam etdirir

27 May, 13:09 Sosial mediada paylaşın:
Fransada futbol mövsümü ləğv olunsa da, “Lion”un prezidenti Jan Mişel Ola israrla bu qərarın dəyişdirilməsinə çalışır.
Qeyd edək ki, Fransada çempionatın yekunlaşmasına 10 tur qalmış yarışın birdəfəlik dayandırıldığı açıqlanmışdı. Beləcə PSJ çempion elan edilmiş, “Lion” isə 7-ci yeri tutduğuna görə avrokuboklara vəsiqə qazana bilməmişdi. Məhz bu məsələyə görə mövsümün ləğv edilməsi klub prezidentinin etirazına səbəb olub. Bundan başqa Jan Mişel Ola klubların ümumən 700-800 milyon pul itirəcəyini əsas gətirib və ölkənin baş naziri, habelə idman nazirinə məktub yazaraq mövsümün bərpa olunmasını tələb edib. Xatırladaq ki, fransalı funksionerin ilk müraciətinə Paris məhkəməsi rədd cavabı vermişdi. Buna görə də “Lion”un prezidenti daha yuxarı instansiyalarla əlaqə yaratmaq qərarına gəlib.
Xatırladaq ki, Fransadan əlavə Niderland və Belçikada futbol mövsümünün başa çatdırılmayacağı dəqiqləşmişdi.

CANLI YAYIM