İtaliyada bərpa ilə bağlı son qərar mayın 29-da veriləcək

27 May, 12:34 Sosial mediada paylaşın:
Panmdeiya dövrünə görə dayandırılan İtaliya çempionatının yenidən başlama tarixi ilə bağlı son qərar mayın 29-da veriləcək.
Bu barədə İtaliyanın idman naziri Vincentso Spadafora açılama verib. Onun sözlərinə A Seriyası iyunun 13-də və ya 20-də bərpa oluna bilər. Yekun qərar isə mayın 29-da ictimaiyyətə açıqlanacaq. Həmin gün keçiriləsi iclasda idman naziri ilə yanaşı, İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina və Serie A-nın rəhbəri Paolo Del Pino da iştirak edəcək.
Xatırladaq ki, İtaliya liqasına 26 turdan sonra 63 xalla “Yuventus” başçılıq edir. 62 xalı olan “Latsio” ikinci yerdədir. “İnter” isə 54 xalla ilk 3-lüyü tamamlayır.

CANLI YAYIM