Fonyini Cokoviçin dəvətini qəbul etməyib

26 May, 10:18 Sosial mediada paylaşın:
Hazırda koronavirusa görə heç bir tennis turniri keçirilməsə də, reytinq xarakterli yarışların startı veriılib. Bunlardan birini Novak Cokoviç təşkil edəcək. Amma Balkan yarımadasında keçiriləsi bu turnirdə heç də hər tennisçi oynamağa razı deyil.
Fabio Fonyini Novak Cokoviçin təşkil edəcəyi “Adria Tour” yarışına getməyəcək. ATP reytinqində 11-ci pillədə olan italiyalı tennisçi öz qərarını belə izah edib ki, indi oynamağa hazır deyil: “Mən Cokoviçlə danışmışam. Bəli, Novak məni bu turnirə dəvət etmişdi. Amma indik məqamda özümü korta çıxmağa hazır hesab etmirəm. Bu qədər fasilədən sonra oynamaq asan iş deyil. Bəşəriyyət hələ belə çətin sınaqla üz-üzə qalmamışdı. Özümüzü təbiətin ağası hesab edirdik. Amma sən demə insan çox aciz varlıq imiş”. Xatırladaq ki, Cokoviçin təşkil edəcəyi turnir Serbiya, Xorvatiya, Monteneqro, eləcə də, Bosniya və Herseqovinada keçiriləcək. Artıq Dominik Timlə Qriqor Dimitrov “Adria Tour”da iştirak etməyə razılıq verib.
Yeri gəlmişkən qeyd edək ki, pandemiyaya görə Romada təxirə salınan “Masters” seriyalı turnir sentyabrda keçirilə bilər. Belə ki, təşkilat komitəsi iyunun sonunda mövsümün təqvimini tərtib edən ATP və WTA rəhbərliyi ilə müzakirələr aparacağını bildirib. İtalyanlar indiki məqamda turnirin sentyabrda keçirilməsinin ideal variant olduğunu düşünür. Xatırladaq ki, təqvimə əsasən Romadakı “Masters”yarışı mayın 10-da başlanmalı idi. Amma mart ayından bütün turnirlər dayandırıldı. Avqusta qədər isə reytinq xalı verən heç bir yarış keçirilməyəcək.

CANLI YAYIM