Bekker Timi Federer, Nadal və Cokoviçin xələfi sayır

23 May, 12:35 Sosial mediada paylaşın:
ATP reytinqinin sabiq lideri Boris Bekker bildirib ki, Federer, Nadal və Cokoviçin gedişindən sonra zirvəni Dominik Tim ələ keçirəcək.
Almaniyalı raketka ustası avstriyalı tennisçi haqda söyləyib: “Məncə, 3 böyük tennisçidən sonra məhz Dominik Tim səhnəyə çıxacaq. Onun artıq “Böyük Dəbilqə” turnirlərinin finalında oyun təcrübəsi var. Məsələn, avstriyalı tennisçi bu ilin yanvarında “Australian Open”in finalında Cokoviçə qarşı çox yaxşı oynadı. Mən, həmçinin Stefanos Sitsipas və Aleksandr Zverevin oyununu bəyənirəm. Eyni zamanda Cokoviç, Federer və Nadalın bundan sonra da yüksək səviyyədə çıxış etməsini arzulayıram”

CANLI YAYIM