Naomi Osaka ən çox gəlir əldə edən qadın idmançıdır

23 May, 12:26 Sosial mediada paylaşın:
Naomi Osaka dünyada bir ilə ən çox gəlir əldə edən qadın idmançılar arasında ilk 100-lüyə düşüb.
“Forbes” jurnalının hesablamasına görə yapoiniyalı tennisçi 12 aya 37,4 milyon dollar qazanmaqla qadın idmanında yeni rekord müəyyənləşdirib. Qeyd edək ki, ən çox gəlir əldə edən 100 qadın idmançının siyahısına daha bir tennisçi Serena Vilyams da daxildir. Onun illik qazancı 36 milyon dollar olub. Osaka siyahıda 29, Vilyams isə 33-cü yeri tutub. Xatırladaq ki, 2016-cı ildə Serena Vilyamsla yanaşı Mariya Şarapovanın da adı bu siyahıya düşmüşdü.

CANLI YAYIM