"Zirə" Emil Balayevi saxlamaq istəyir

22 May, 11:35 Sosial mediada paylaşın:
"Zirə" mövsümün sonunda müqaviləsi başa çatacaq Emil Balayevi komandada saxlamaq istəyir.
Azərbaycan millisinin üzvünə xarici klublardan da maraq olsa da, "qartallar" 26 yaşlı qolkiperə yeni müqavilə təklif edəcək. Xatırladaq ki, Emil Qazaxıstanın "Tobol" klubundan ayrıldıqdan sonra martın 3-ü qəsəbə təmsilçisi ilə müqavilə imzalayıb. O, komandada 1 oyun keçirib.

CANLI YAYIM