İspaniyada La Liqanın bərpasına hazırlıq davam edir

22 May, 11:27 Sosial mediada paylaşın:
İspaniyada La Liqanın bərpasına hazırlıq sürətlə davam edir. Qruplar halında məşq edən futbolçular mövsümün bərpasını səbirsizliklə gözləyirlər. Hər halda onların açıqlamalarından bu qənaətə gəlmək olar.
La Liqanın lideri “Barselona” məşqləri bir qədər də intensivləşdirib. Futbolçuların yüksək əhval ruhiyyədə olması diqqət çəkir. Komandanın gənc üzvlərindən Frenki de Yonq mövsümün bərpasını səbirsizliklə gözləyənlərdəndir: “Əlbəttə hamımız oyunlar üçün darıxmışıq. Əvvəl fərdi məşq edirdiksə, artıq komanda şəklində hazırlaşırıq. Hər şey plan üzrə gedir. Bundesliqada “Borussiya” Dortmund – “Şalke” oyununa baxdim. Televizorda canlı oyun izlədyim  üçün çox xoşbəxt oldum”
“Atletiko”nun üzvü Saul Nigez də bundesliqa oyunlarını izləyənlərdəndi. O, Almaniya çempionatının başlanmasının onlara böyük ruh yüksəkliyi verdiyini və daha da həvəsləndirdiyini bildirib.
Paytaxtın digər komandası “Real” da hazırlığa son sürət davam edir. Klub prezidentio Florentino Peresin hazırlığı izləməsi, məşqlərdə olması diqqət çəkib. Xatırladaq ki, 27 turdan sonra “Barselona” 58 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal geri qalan “Real” 2-ci, 47 xala malik “Sevilya” isə 3-cü yerdədir. La Liqanın hansı oyunlarla bərpa olunacağı isə hələ müəyyənləşməyib.

CANLI YAYIM