Cokoviç xeyriyyə aksiyalarını davam etdirir

22 May, 11:16 Sosial mediada paylaşın:
Pandemiya dövründə tennisçilər maliyyə böhranından əziyyət çəkirlər. Amma bu sözləri raketka ustalarının hamısına , xüsusilə də titullu idmançılara aid etmək düzgün olmazdı. Onların elə özləri kömək məqsədilə donor rolunu oynaya bilir.
Dünyanın adlı-sanlı tennisçiləri son günlər müxtəlif xeyriyyə aksiyalarına qoşulur. Onlar xəstəxanalara xüsusi tibbi avadanlıqlar bağışlamaqla yanaşı imkansız ailələrə də yardım əlini uzadır. Belə tennisçilər arasında ATP reytinqinin lideri Novak Cokoviçi xüsusi ilə fərqləndirmək lazımdır. Bundan əvvəl də xoş məramlı tədbirlərə qoşulan idmançı daha bir xeyirxah təşəbbüsü ilə yadda qalıb. 33 yaşlı tennisçi Serbiyanın Kruşevats şəhərinin xəstəxanasına 5 ədəd süni tənəffüs aparatı və bir o qədər də klinika monitoru bağışlayıb.
Dasha bir raketka ustası,qoşa yarışlarda vaxtilə ilk “10-luq”da olan pakistanlı Aysam Ul-Hak Kureşi tennisçilərə məxsus əşya və geyimləri hərraca çıxarıb. O, Mariya Şarapovanın idman ayaqqabılarını, Rocer Federer, Novak Cokoviç və Rafael Nadalın köynəyini, Stefanos Sitsipas və Qriqor Dimitrovun raketkalarını satmağı qərara alıb. Əldə olunan gəlir Pakistanda yoxsulluqdan əziyyət çəkən ailələrə paylanacaq.
Yenə də Novak Cokoviçə qayıdaq.Serbiyalı tennisçinin koronavirus peyvəndinə qarşı çıxması ilə bağlı fikirlərinə FİFA-nın vitse-prezidenti Viktor Montalyani münasibət bildirib. Onun sözlərinə görə, virusun peyvənd tapılsa və Novak ondan imtina etsə, müəyyən ölkələrə gedə bilməyəcək. Bu isə tennisçinin karyerasına pis təsir göstərə bilər. Xatırladaq ki, Novak koronavirusa görə nə vaxtsa kəşf ediləcək peyvəndin insanlara ziyanlı ola biləcəyini söyləyib.

CANLI YAYIM